Axşam və gecə işinə görə ödənişlərə aydınlıq gətirilib | Banco.az

Axşam və gecə işinə görə ödənişlərə aydınlıq gətirilib

“İşçi əsas iş yerindən başqa əlavə iş yerində də işləyə bilər”.

Bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.

O bildirib ki, sadəcə, işçinin əlavə iş yerində işləməsi həftəlik 20 saatdan, gündəlik isə 4 saatdan artıq ola bilməz: “Gecə vaxtı yerinə yetirilən işə görə əməkhaqqının verilməsi üçün isə Nazirlər Kabinetinin qərarı mövcuddur. 74 nömrəli qərara əsasən, gecə vaxtı yerinə yetirilən işə görə işçiyə saat hesabı tarif maaşının 20%-i, çoxnövbəli işdə axşam növbəsinə görə 20%-i, gecə növbəsinə görə 40%-i həcmində əlavə haqq müəyyən edilir. Çoxnövbəli iş də hər növbənin saatı 8 saat müəyyən edilir. Növbələrin hər biri 8 saatdan ibarətdirsə, bu zaman axşam rejiminə görə maaşın 40%-i həcmində əlavə verilir”.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et