“AXA Mbask”da kadr dəyişikliyi olub | Banco.az

“AXA Mbask”da kadr dəyişikliyi olub

“AXA Mbask” Sığorta Şirkəti ASC-nin baş mühasibi dəyişib.

Bu vəzifəyə Faiq Oqtay oğlu Heydərov təyin edilib.

O, yeni vəzifəsində Roman Sergeyeviç Bandurini əvəz edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.

Mənbə: Report.az