AXA MBASK zərərdən mənfəətə çıxıb | Banco.az

AXA MBASK zərərdən mənfəətə çıxıb

“AXA MBASK” Sığorta Şirkəti ASC 2018-ci ili 95 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2017-ci ili 368 min manat zərərlə bağlamışdı.

Ötən il “AXA MBASK”ın gəlirləri 23 milyon 558 min manat, xərcləri 23 milyon 440 min manat, mənfəət vergisi ödəmələri isə 24 min manat təşkil edib. 

Bu il yanvarın 1-nə şirkətin aktivləri 35 milyon 865 min manat olub ki, bu da illik müqayisədə 6,2% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ildə “AXA MBASK”ın öhdəlikləri 14,5% azalaraq 12 milyon 967 min manata düşüb, balans kapitalı isə 23,1% artaraq 22 milyon 898 milyon manat, o cümlədən nizamnamə kapitalı 21,3% artaraq 23 milyon 934 min manat çatıb. 

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et