Selçuk Adıgüzel hal-hazırda "AXA MBASK" Sığorta şirkətinin İdarə Heyətinin sədridir.
Təhsili:
Türkiyənin "Özel Bilgi Lisesi"ni oxuyub,
1992-1996 illərdə "Marmara Üniversitesi"ndə ali təhsil alıb.
Peşəkar təcrübə:
1992-1995 illərdə "Turkish Airlines"da əməliyyatlar koordinatoru vəzifəsində çalışıb,
1996-1997 illərdə Türkiyədə "Avis Budget Group" şirkətində satış nümayəndəsi olub,
1998-2010 illərdə "AXA Sığorta Türkiyə"də menecer olaraq çalışıb,
2010-cu ilin oktyabrından "AXA MBASK Sığorta Azərbaycan"da çalışmağa başlayıb və CFO (Baş maliyyə inzibatçısı) və CIO (İnformasiya direktoru) vəzifələrində olub. 2015-ci ilə qədər həmin şirkətdə İdarə Heyəti sədrinin birinci müavini olub.
2015-ci ilin mayından "AXA MBASK Sığorta"nın İdarə Heyətinin sədri vəzifəsini icra edir.
MBASK Sığorta Şirkəti 1992-ci ildən öz fəaliyyətini həyata keçirir və müstəqil Azərbaycanın ilk özəl sığorta şirkətlərindən biridir.