Avtoprolonqasiya nə deməkdir? | Banco.az

Avtoprolonqasiya nə deməkdir?

Banco.az oxuculara bundan sonra bəzi terminlərin qısa şəkildə açıqlamasını çatdıracaq.

Prolonqasiya iki tərəf arasında əldə edilmiş saziş, razılıq və ya öhdəlik müqaviləsinin qüvvədə olma (etibarlılıq) müddətinin uzaldılması deməkdir. (İspan dilindən tərcümədə “prolongar” – yəni uzatmaq və vaxtını artırmaq mənasını verir).

Əmanətlərin avtoprolonqasiyası isə onların etibarlılıq müddətinin artırılmasını nəzərdə tutur.

Ən sərfəli kredit üçün müraciət et

Məsələn siz bir illik əmanət müqaviləsi imzalamısınız. Müqavilənin müddəti başa çatan vaxtı isə zəruri işləriniz olması səbəbindən banka yaxınlaşa bilmirsiniz. (müxtəlif səbəblər ola bilər: ölkə xaricində olmaq, ezamiyyətdə olmaq, yataq rejimində olmaq və ya həll edilməsi daha zəruri olan digər məsələlər).

Bu zaman sizin depozit müqavilənizin müddəti avtomatik olaraq uzadıla bilər ki, buna da avtoprolonqasiya deyilir.