Avtomobillərin park edilmə problemi aradan qalxacaq | Banco.az

Avtomobillərin park edilmə problemi aradan qalxacaq

Fransız şirkəti olan Stanley Robotics böyük hava limanlarının yaxınlığında baş verən avtomobil sıxlığının azalda biləcək robot ixtira edib. Şirkət, avtomobilləri asanlıqla park edə biləcək robotu Stan adlandırıb.

Bu avtonom qurğu uçuşa hazırlaşan sərnişinlərin avtomobillərini götürərək, xüsusi dayanacaqlarda yerləşdirəcək. Qeyd edilir ki, avtomobillər park edilərkən aralarındakı məsafə daha az olacaq ki, bu da daha artıq avtomobil vasitəsinin yerləşdirilməsinə imkan verəcək. 

Avtomobillər sahibləri tərəfindən xüsusi bokslara buraxıldıqdan sonra robot onu dərhal götürərək, dayanaqcaqda yerləşdirəcək. Stan adlı robot düz təkərli platformaya malikdir, bu da onun avtomobili rahatlıqla götürməsinə imkan yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

Maraqlı konfiqurasiya və sadə dizayna malik Stan, avtonom rejimdə çalışaraq rahatlıqla maneləri dəf etməyi bacarır. Stan park edilən avtomobil sıralarının arasından son dərəcə ehtiyatla hərəkət edərək, cərgələrin səliqəsinə önəm verir.  Adətən avtomobillər park edilən zaman aralarındakı məsafə, minimum olaraq qapıların müəyyən bucaq altında açılmasına imkan verir. Lakin Stan park etdiyi avtomobillər o dərəcədə sıx yerləşdirilir ki, qapıların açılması belə mümkün olmur.

Avtomobillərin yerləşdirilməsi sahiblərinin qeyd olunan geri dönüş saatına uyğun düzənlənir. Məqsəd isə səyahətdən geri dönən şəxsin avtomobilini ona zamanında təhvil verilməsidir.

Robot 2019-cu ildə Londonun Qatvik (Gatwick) hava limanının cənub terminalında sınaqdan keçiriləcək. Hesablamalara görə Stan kimi roborlardan istifadə edilərsə, ümumi sayı 170 avtomobil sayı  park məntəqələ 270 avtomobil yerləşdirmək mümkün olacaq.

Həmçinin oxu: Bu ölkədə ingilis dilini robotlar öyrədir