Avtomobillərin lizinqlə satışı genişlənib (VİDEO) | Banco.az

Avtomobillərin lizinqlə satışı genişlənib (VİDEO)

Banklar avtomobil kreditləri ilə bağlı qaydaları sərtləşdirəndən sonra maşınların lizinqlə satışı genişlənib. Artıq demək olar ki, maşınların satışı ilə məşğul olan bütün avtosalonlar lizinqlə satışla bağlı reklam kampaniyaları aparır, satışın bu növünü təbliğ edir. Amma hələ ki, avtosalonların bu təklifi o qədər də çox alıcını cəlb etmir.

Satıcı Aqil Mehdiyev: “Hal-Hazırda qabaqçıl satışlara görə o qədər də səviyyədə deyil. Hardasa 15 faiz artım var. Yəni 50 %, 90 % artım yoxdur, bu günki gündə”. 

İndi aparıcı avtomobil dilerləri lizinq şərtlərini bu cür müəyyən ediblər: İlkin ödəniş maşının qiymətinin 20 faizi, illik faiz dərəcəsi 14 -16 faiz, Lizinqin müddəti isə bir ildən beş ilə qədər.

Lizinqlə öz maşınlarını yalnız böyük avtosalonlar təklif etmir. Həmçinin kiçik satıcılar da lizinqdən istifadəyə başlayıb. Lakin nəticənin gözlənilən kimi olmaması onları məyus edir. Bunun səbəbini bəziləri insanların avto lizinqin şərtlərindən xəbərsiz olmağında, digərləri isə lizinqin ağır şərtlərində görür.

Avtokreditlər dayandıqdan dərhal sonra şərhçilər maşın bazarında aktivliyin məhz lizinqlə bərpa olunacağını proqnozlaşdırırdılar. Amma hələlik satış səviyyəsiyəsndə əhəmiyyətli fərqin olmadığı bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et