Avtomobillərin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb | Banco.az

Avtomobillərin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-aprel aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 53 mln. 721 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 3 milyon 550 min manat və ya 7.1% artıb.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə illik müqayisədə 3% və ya 1 milyon 209 min manat artaraq 41 mln. 632 min manata yüksəlib. 

Qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu sığorta üzrə yığımların məbləği 50 mln. 171 min manat, ödənişlərin məbləği isə 40 milyon 423 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram