Avtomobillərin icbari sığortası üzrə yığımlar 7%-dən çox artıb | Banco.az

Avtomobillərin icbari sığortası üzrə yığımlar 7%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 151 mln. 173 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10 milyon 386 min manat və ya 7.4% artıb.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə illik müqayisədə 7.7% və ya 8 milyon 121 min manat artaraq 113 mln. 469 min manata yüksəlib. 

Qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu sığorta üzrə yığımların məbləği 140 mln. 787 min manat, ödənişlərin məbləği isə 105 milyon 348 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram