Avtomobillərin icbari sığortası üzrə yığımlar 150 mln. manatı ötüb | Banco.az

Avtomobillərin icbari sığortası üzrə yığımlar 150 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda ötən ilin yanvar-noyabr aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 154 mln. 172 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 379 min manat və ya 4.3% artıb. 

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə 2023-cü ilin eyni dövrünə nisbətən 32.1% və ya 28 milyon 745 min manat artaraq 118 mln. 382 min manata yüksəlib. 

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımların məbləği 147 mln. 793 min manat, ödənişlərin məbləği isə 89 milyon 637 min manat olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram