Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-avqust aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 111 mln. 487 min manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, yığımlar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 865 min manat və ya 3.6% artıb.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə 2023-cü ilin eyni dövrünə nisbətən 24.5% və ya 15 milyon 879 min manat artaraq 80 mln. 649 min manata yüksəlib.
Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımların məbləği 107 mln. 622 min manat, ödənişlərin məbləği isə 64 milyon 770 min manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!