Avtomobillərin icbari sığortası bazarı 50% böyüyüb | Banco.az

Avtomobillərin icbari sığortası bazarı 50% böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda ötən il avtomobillərin icbari sığortası üzrə yığımlar 170 mln. 929 min manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2022-ci illə müqayisədə 50.1% və ya 57 mln. 86 min manat artıb. 

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə 2022-ci ilin eyni dövrünə nisbətən 8.5% və ya 7 mln. 629 min manat artaraq 97 mln. 909 min manata çatıb. 

Qeyd edək ki, 2022-ci ildə bu növ sığorta üzrə yığımların məbləği 113 mln. 843 min manat, ödənişlərin məbləği isə 90 milyon 280 min manat olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram