Avtomobillərin icbari sığortası bazarı 4%-dən çox böyüyüb | Banco.az

Avtomobillərin icbari sığortası bazarı 4%-dən çox böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda ötən ilk 2 ayda avtomobillərin icbari sığortası üzrə yığımlar 24 mln. 493 min manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.4% və ya 1 mln. 36 min manat artıb. 

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə 2023-cü ilin eyni dövrünə nisbətən 2.7% və ya 457 min manat azalaraq 16 mln. 749 min manata enib. 

Qeyd edək ki, ötən ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımların məbləği 23 mln. 457 min manat, ödənişlərin məbləği isə 17 milyon 206 min manat olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram