Bu gündən Rusiyada “Nəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası Haqqında Qanun”a dəyişikliklər qüvvəyə minib.
Dəyişikliklərə görə, yol qəzası nəticəsində zərər çəkmiş hər bir nəqliyyat vasitəsinə görə icbari sığorta ödənişinin maksimum məbləği 2-3 dəfə artırılaraq 400 min rubla (təxminən 10 min dollara) çatdırılıb. İndiyə qədər bu məbləğ bir şəxsin əmlakına dəyən ziyan üzrə 120 min rubl (təxminən 3 min dollar), bir neçə şəxsin əmlakına dəyən ziyan üzrə isə 160 min rubl (təxminən 4 min dollar) idi.
Rusiya Avtosığortaçılar İttifaqının prezidenti Pavel Bunin bildirib ki, "Nəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası Haqqında Qanun”un qüvvədə olduğu 11 il ərzində avtomobillərin həm qiyməti, həm də təmir xərcləri artıb: “Aydın məsələdir ki, 160 min rubl bir neçə avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat qəzası zamanı zərərçəkənlərə dəymiş ziyanın tam ödənilməsi üçün kifayət deyildi və vətəndaşlar ziyanın bir hissəsini öz cibimdən kompensasiya etməyə məcbur olurdu. İcbari sığorta məbləğinin artması mühüm dəyişiklikdir, bu daha çox sığortaçıların maraqlarına cavab verir və bugünkü vəziyyətə daha uyğundur”.
fins.az