Avtomobillərə etibarnamə verilməsi qaydası dəyişdirildi | Banco.az

Avtomobillərə etibarnamə verilməsi qaydası dəyişdirildi

Azərbaycanda avtomobillərin icarəyə və etibarnamə ilə istifadəyə verilməsi qaydaları dəyişib. Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edib.

Dəyişiklik nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilə, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamə ilə əlaqədardır.

Dəyişikliyə əsasən bundan sonra nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius həm də fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı və sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları dərhal Ədliyyə Nazirliyinin “Notariat Sənədlərinin Elektron Məlumat Bankı”na daxil etməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Fins.az