Avtomobilinizin gömrük rüsumlarını belə hesablaya bilərsiz | Banco.az

Avtomobilinizin gömrük rüsumlarını belə hesablaya bilərsiz

Dövlət gömrük komitəsinin saytında yerləşdirilən elektron xidmət vasitəsilə  Azərbaycan Respublikası ərazisinə idxal edilən yüngül minik nəqliyyat vasitələrinə şamil olunan gömrük ödənişlərini hesablaya bilərsiz.

Həmin elektron xidmətdən istifadə qaydalarını təqdim edir: 

Bunun üçün əvvəlcə customs.gov.az saytına daxil oluruq.

Sayt menyusunda “Fərdlər üçün” bölməsindəki “Avtomobillərin gətirilməsi” xidmətini seçirik. Bu zaman bizim qarşımıza avtomobil məlumatlarını tələb edən kalkulyator çıxır.

Kalkulyatorda ulduzla qeyd olunmuş bütün xanalar doldurulmalıdır.

Seçim edəcəyimiz ilk kalkulyator xanası bizdən nəqliyyatın növünü istəyir.

Əgər avtomobilimiz minik    avtomobilidirsə, biz nəqliyyatın növünü “Minik avtomobili” seçirik.

Nəqliyyatın növünü seçdikdən sonra mənşə ölkəsi, yəni avtomobilin istehsal yeri, göndərilən ölkə qeyd edilir.

Avtomobilin gömrük dəyəri xanasında avtomobilin ölkəmizdə hal-hazırdakı orta bazar satış qiymətinin (gömrük ödənişləri xaric) qeyd edilməsi nəzərdə tutulur.

Digər xanada mühərrikin işçi həcmi qeyd edilir.

Daha sonra avtomobilin istehsal tarixinin 1 ildən az və ya çox olması seçilir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xanalar doldurulduqdan sonra “Hesabla” əməliyyatına klik edərək gömrük ödənişləri hesablanır.

Hesablanmış rüsumlarda Aksiz vergisi, mühərrikin işçi həcminə görə tutulan gömrük rüsumu, əməliyyat haqqı, vəsiqə haqqı, ƏDV (Əlavə dəyər vergisi), elektron gömrük xidmətinin göstərilməsinə görə, elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV və bunların cəmi qeyd edilir.

Nəqliyyatımızın növünü Avtobuslar seçdikdə isə biz əlavə məlumat kimi avtomobilin “Yürüyüş  kilometric”ni də qeyd etməliyik.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et