Avtomobil sektorunda ƏDV fırıldaqçılığının qarşısının alınması | Banco.az

Avtomobil sektorunda ƏDV fırıldaqçılığının qarşısının alınması

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində "Avtomobil sektorunda ƏDV fırıldaqçılığının qarşısının alınması" mövzusunda praktiki seminar keçirib. Tədbirdə təşkilata üzv olan 26 ölkədən 40 nümayəndə iştirak edib. Seminarın məqsədi IOTA-ya üzv vergi administrasiyalarının nümayəndələri tərəfindən öz təcrübələrini təqdim etməyə imkan yaratmaqla yanaşı, ikinci əl avtomobillərin idxalı və satışı sahəsində müxtəlif növ ƏDV fırıldaqçılığının erkən mərhələdə aşkarlanmasına və qarşısının alınması, bu sahədə xüsusi qanunvericilik müddəalarının tətbiq edilməsi ilə bağlı müzakirə aparmaq idi.

Ən sərfəli kredit üçün müraciət et

Tədbirdə ölkəmizi Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin ekspertizası və təhlili idarəsinin İqtisadiyyat sahələrinin təhlili şöbəsinin əməkdaşı Elşən Əmrahov təmsil edib.