Avtomobil satışında dünya lideri seçildi | Banco.az

Avtomobil satışında dünya lideri seçildi

Müəllif: Mehin Qasımova/Banco.az

2025-ci ilin yanvar ayının nəticələrinə görə, dünyada minik avtomobillərinin və yüngül kommersiya avtomobillərinin satışı 6,7 milyon ədəd təşkil edib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə təxminən 2% çoxdur.

Banco.az xəbər verir ki, bu barədə GlobalData məlumat verib.

Məlumata görə, yanvarda Çin 1,96 milyon avtomobil sataraq avtomobil satışında dünya lideri olub. İkinci yerdə 1,1 milyon avtomobillə ABŞ qərarlaşıb.

Yanvarda Qərbi Avropa avtomobil bazarları ümumilikdə 3,2% azalaraq 1 milyon ədədə düşüb. Şərqi Avropada avtomobil satışı 288,5 min ədədə düşüb. Lakin Cənubi Amerikada dilerlər ayda 225,6 min avtomobil satıblar ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 22,3% çoxdur.