Müəllif:Mehin Qasımova,Banco.az
Cənubi Koreyanın avtomobil nəhəngi "Hyundai" ilin birinci rübü üçün maliyyə nəticələrini açıqlayıb.
Banco.az xəbər verir ki, verilən açıqlamaya görə, şirkətin əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 31% azalıb.
Analitiklərin gözləntiləri ilə uyğun gələn bu azalmaya baxmayaraq, şirkətin ümumi gəlirində məhdud artım müşahidə olunub.
Satış həcminə görə dünyanın üçüncü ən böyük avtomobil qrupu olan "Hyundai" törəmə şirkəti "Kia" ilə birlikdə yanvar-mart dövrünü əhatə edən birinci rübdə 1,69 milyard dollar əməliyyat mənfəəti əldə edib.
Bu, ötən ilin eyni dövrü üçün 2,8 milyard dollarlıq göstərici ilə müqayisədə daha yüksəkdir.
Mənfəət marjasının bu əhəmiyyətli dərəcədə azalmasının əsas səbəbləri Yaxın Şərq bazarında tələbatın zəifləməsi və məşhur SUV modeli olan Palisade-in geri çağırılması ilə əlaqəli xərclərin artmasıdır.
Maliyyə hesabatlarında əməliyyat mənfəətinin azalmasına baxmayaraq, Hyundai-nin ümumi gəliri illik müqayisədə 3,4 faiz artaraq təxminən 35,3 milyard dollara çatıb.
