Müəllif:Mehin Qasımova/Banco.az
ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla", avtopilot kimi tanınan qabaqcıl sürücü dəstəyi sistemindəki idarəetmə problemini həll etmək üçün 2,03 milyon avtomobili geri çağıracaq.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
Belə ki,"Tesla" avtomobillərində avtopilot işə salındıqda , sürücünün nəqliyyat vasitəsinin istismarı üçün məsuliyyət daşımadığı və hərəkətsiz olduğu halda toqquşma riskinin arta biləcəyi qeyd edilib.
Bildirilib ki, bu problemi həll etmək üçün avtopilotda proqram yeniləməsinin tələb olunduğu və Tesla-nın 2015-ci ilin sonunda istehsal etdiyi təxminən 2,03 milyon Model X, S, 3 və Y avtomobilini geri çağıracaq.
Tesla-nın 2 milyondan çox avtomobili geri çağırması NHTSA-nın avtopilotun istifadəsi zamanı baş verən bir sıra qəzalarla bağlı iki illik araşdırmasından sonra baş verib.
Qeyd edək ki, Tesla-nın avtopilot sistemi avtomobillərə öz zolaqlarında avtomatik olaraq sükanı idarə etməyə, sürətləndirməyə və əyləc etməyə kömək edir.
Bizi sosial şəbəkələrdən izləyin!!