Avtomobil nəhəngi “Formula 1” yarışlarına geri qayıdır | Banco.az

Avtomobil nəhəngi “Formula 1” yarışlarına geri qayıdır

Müəllif - Aida İsaq, Banco.az

ABŞ avtomobil nəhəngi “Ford” “Formula 1” yarışlarına geri dönməsi ilə bağlı xəbəri rəsmi formada təsdiqləyib. 

Banco.az xəbər verir ki, “Ford”un 2026-cı ildən “Formula 1” yarışlarında iştirak edəcəyi bildirilib. Şirkətin həmçinin “Red Bull” ilə əldə olunan razılığına da aydınlıq gətirilib. Belə ki, adı çəkilən şirkətlər “Red Bull”a məxsus olan “Red Bull Racing” və “Alpha Tauri” komandaları üçün F1 güc aqreqatlarının istehsalı məsələsində əməkdaşlıq edəcək. “Ford”un sürət yarışında öz komandası ilə iştirak etməyəcəyi qeyd olunur. Avtomobil nəhəngi fərqli komanda üçün mühərriklər hazırlayacaq. Lakin bu komandanın hansı komanda olacağı açıqlanmasa da, ilkin versiya olaraq “Red Bull” olması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Ford” sonuncu dəfə “Formula 1” yarışlarında 2004-cü ildə “Jaguar” adı altında çıxış edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram