Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır | Banco.az

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

"BMW" şirkəti sükan sistemində aşkar olunan nasazlıqla əlaqədar ABŞ-da təxminən 37 min avtomobilin geri çağırılacağını açıqlayıb.

Banco.az xəbər verir ki, məlumatı ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) yayıb.

NHTSA-nın bildirdiyinə görə, Şimali Amerikada "BMW" tərəfindən istehsal olunmuş ümumilikdə 37 min avtomobil ölkə miqyasında geri çağırma kampaniyasına cəlb edilib. Səbəb sükan sistemində müəyyən edilən texniki qüsurdur.

Qurum xəbərdarlıq edib ki, nasazlıq nəticəsində avtomobil park edildiyi zaman sükan çarxında gözlənilməz hərəkətlər baş verə bilər ki, bu da xəsarət riskini artırır.

Rəsmilərin sözlərinə görə, problem nəqliyyat vasitəsi hərəkətdə olarkən də yarana bilər və bu hal qəza ehtimalını yüksəldir.

"BMW" geri çağırılan avtomobillərin sahibləri ilə əlaqə saxlanılacağını və nasazlığın rəsmi servis mərkəzlərində ödənişsiz şəkildə aradan qaldırılacağını bildirib.