Avtomobil idxalı ikiqat artmaqda davam edir | Banco.az

Avtomobil idxalı ikiqat artmaqda davam edir

2019-cu ilin Yanvar- Mart ayları ərzində (1-ci rübdə) Azərbaycana 7 978 ədəd cəmi nəqliyyat vasitəsi idxal olunub. Bu, 2018-ci ilin Yanvar- Mart dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Ötən ilin Yanvar-Mart dövründə ölkəmizə 3 506 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

2019-cu ilin Yanvarında 2 512 ədəd, Fevralında 2657 ədəd, Martında isə 2809 ədəd nəqliyyat vasitəsi idxal edilib. Fevral ayı ilə müqayisədə Martda nəqliyyat vasitəsi idxalı 152 ədəd çox olub. 

Ən sərfəli kredit üçün müraciət et

O cümlədən, 2019-cu ilin Yanvar-Mart aylarında 7 250 ədəd minik avtomobili, 44 ədəd avtobus, 643 ədəd yük avtomobili və 41 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

​Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-Mart dövründə 3158 ədəd minik avtomobili, 19 ədəd avtobus, 316 ədəd yük avtomobili və 13 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et