Avtomobil brendinin satışları rekord səviyyəyə çatıb | Banco.az

Avtomobil brendinin satışları rekord səviyyəyə çatıb

Müəllif - Aida İsaq, Banco.az

Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota”nın fevral ayında satışları rekord həddə çatıb.

Banco.az xəbər verir ki, ümumilikdə, müvafiq dövr ərzində dünya üzrə 773,3 min “Toyota” avtomobili satılıb. Bu isə bir il əvvəllə müqayisədə 10,3 faiz çoxdur. Avtomobil markası həmçinin istehsalın iki faiz artaraq 755,8 minə çatdığını bildirib. Şirkət 750,000 ədəd hədəfini aşmağı bacarıb. Fevral ayında yerli istehsal bütövlükdə dünya ilə müqayisədə daha sürətli bərpa olunub.

Bununla yanaşı, avtomobil markası ehtiyat hissələri çatışmazlığının hazırda davam etdiyini bildirib. Pandemiya zamanı şirkət əksər rəqiblərinə nisbətən təchizat zəncirlərini daha yaxşı idarə etsə də, aylıq istehsal planlarını dəfələrlə azaltmalı olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et