Avtomobil benzinin istehsalı azalıb | Banco.az

Avtomobil benzinin istehsalı azalıb

Cari ilin yanvar-noyabr ayları ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 mlrd. 487,3 mln. manat olmaqla əvvəlki ilin analoji dövrü ilə müqayisədə 9,6% azalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarından sürtgü yağlarının istehsalı 63,1%, dizel yanacağının istehsalı 17,8%, neft koksunun istehsalı 16,8 faiz, avtomobil benzininin istehsalı 6,8%, ağ neftin istehsalı 8,7% azalıb, yanacaq mazutunun və neft bitumunun istehsalı isə artıb.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 490,9 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 14,1%, rezin və plastik kütlə məmulatlarının istehsalında 13,9% azalıb, əczaçılıq məhsullarının istehsalında isə 18,8% artıb.

Əsas kimya məhsullarından arqonun istehsalı 15%, yodun istehsalı 16,5%, metanolun istehsalı 23,1%, polietilenin istehsalı 5,7% azalıb. Bununla yanaşı, yuyucu maddələrin istehsalı 10,8 dəfə, lak-boya məmulatlarının istehsalı 60,2%, sabunun istehsalı 3,5% artıb. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı 37,9%, bərk polipropilen boruların istehsalı 49,4% azalıb, plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 47,8%, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 4,2% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et