Avtokreditlərin şərtləri asanlaşmayacaq | Banco.az

Avtokreditlərin şərtləri asanlaşmayacaq

Mərkəzi Bank: Avtokreditlərin verilməsi şərtlərinin asanlaşması nəzərdən keçirilmir

 Azərbaycan Mərkəzi Bankı (AMB) avtomobil kreditlərinin verilməsi şərtlərinin asanlaşması ilə bağlı hər hansı məsələni nəzərdən keçirmir.

Bu barədə jurnalistlərə açıqlamasında AMB-nin baş direktoru Rəşad Orucov deyib.

“Hesab edirik ki, bazar yeni tələblərə adaptasiya olunaraq fəaliyyət göstərməlidir. Buna görə də bu, gündəlikdə olan məsələ deyil”, - deyə baş direktor bildirib.