Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda son 1 ildə (dekabr 2022-noyabr 2023) avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (3.58) olub.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı şikayət indeksində qeyd edilib.
Məlumata görə, siyahıda "Bakı Sığorta" (1.85 indeksi ilə) ikinci, "Atəşgah Sığorta" isə (1.58 indeks ilə) üçüncü olub.
Qeyd edək ki, şikayət indeksinin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.
"Naxçıvansığorta" üzrә indeks Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!