Avstriyada internet nəhəngləri vergiyə cəlb olunur | Banco.az

Avstriyada internet nəhəngləri vergiyə cəlb olunur

Avstriya hökuməti iri rəqəmsal korporasiyaların ("Facebook", "Google", "Amazon" və s.) reklam gəlirlərindən 5 faiz vergi tutulması barədə qərar qəbul edib. Bu vergini dünya üzrə dövriyyəsi 750 milyon avrodan, Avstriya üzrə dövriyyəsi isə 10 min avrodan artıq olan şirkətlər ödəyəcəklər. Siyasətçilərin rəyinə görə, bu təşəbbüs iri beynəlxalq şirkətlərə münasibətdə ədalətli vergi tutulmasını təmin edəcək və Avstriya müəssisələri üçün sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradacaq. Avstriya hökumətinin təxminlərinə görə, 5 faizlik vergi sayəsində hər il dövlət büdcəsinə 200 milyon avro vəsait cəlb ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az