Avstraliyada inflyasiya sürəti azalmağa davam edir | Banco.az

Avstraliyada inflyasiya sürəti azalmağa davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliyada inflyasiya səviyyəsi ardıcıl ikinci rübdür ki, aşağı düşərək 6 faizə enib.

Banco.az xəbər verir ki, Avstraliyanın istehlak qiymətləri indeksi illik əsasda birinci rübdəki 7 faizdən ikinci rübdə 6 faiz artıb.

Bu, həm də inflyasiyanın 2022-ci ilin dördüncü rübündə müşahidə olunan 33 illin maksimumu olan 7,8 faizdən yavaşladığını göstərir. İqtisadçılar inflyasiya nisbətinin 6,2 faizə enəcəyini gözləyirdilər.

Avstraliya Statistika Bürosu (ABS) tərəfindən açıqlanan məlumatlara görə, ölkədə sığorta və maliyyə xidmətləri, qida, əyləncə və mədəni fəaliyyətlər ikinci rübdə ən böyük qiymət artımı göstərən qruplar olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et