Müəllif: Tamara Mustafayeva, Banco.az
Avstraliyanın ilin üçüncü rübündə inflyasiya səviyyəsi gözləniləndən bir qədər yüksək olub.
Banco.az xəbər verir ki, Avstraliyanın istehlak qiymətləri indeksi üçüncü rübdə illik 5,4 faiz artıb.
Bu, iqtisadçıların proqnozlaşdırdığı 5,3 faizdən yuxarı, ikinci rübdə qeydə alınan 6 faizdən isə aşağıdır.
Qeyd edək ki, bununla da artıq üçüncü rübdür ki, ölkədə inflyasiyanın səviyyəsi aşağı düşür.
Ölkənin Statistika Bürosu üçüncü rübdə inflyasiyanın əsas hərəkət verici qüvvəsinin 7,2 faiz bahalaşan avtomobil yanacağı qiymətlərindəki artım olduğunu bildirib.
Xatırladaq ki, Avstraliya Ehtiyat Bankı (mərkəzi bank) noyabr ayının 3-də faiz qərarını açıqlayacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!