Müəllif:Mehin Qasımova/Banco.az
Avstraliyada Kral III Çarlzın təsviri olan ilk sikkələr buraxılıb.
Banco.az xəbər verir ki, bu barədə Avstraliyanın maliyyə nazirinin köməkçisi Endryu Li məlumat verib.
“Ənənəyə görə, ardıcıl monarxların profilləri müxtəlif istiqamətlərə baxan sikkələr üzərində təsvir edilir. Kralın profili sola, kraliça II Yelizavetanın profili sağa çevrilir"- deyə Endryu Li bildirib.
Nazir köməkçisi qeyd edib ki, dekabrın 8-dən etibarən yeni sikkələrin partiyaları bütün ölkədə dövriyyəyə buraxılıb, lakin ilk aylarda onları tədavüldə tapmaq çox çətin olacaq:
"Milyonlarca insan bu kiçik tarixi qorumaq üçün onları saxlamaq istəyəcək".
Məlumata görə, 1 Avstraliya dolları nominalında olan 3,5 milyon sikkənin ilk partiyası artıq bank filiallarına göndərilib və onlar tərəfindən tədricən dövriyyəyə buraxılacaq. Qalan nominallar 2024-cü ildə mərhələlərlə dövriyyəyə buraxılacaq. Eyni zamanda, III Çarlzın profilli ilk kolleksiya sikkələri də satışa çıxarılacaq.
Qeyd edək ki, III Çarlz 2022-ci il sentyabrın 8-də II Yelizavetanın ölümündən sonra Britaniya taxtına oturub.
Bizi sosial şəbəkələrdən izləyin!!