Avstraliya təbii qaz və kömürə qiymət həddi tətbiq edəcək | Banco.az

Avstraliya təbii qaz və kömürə qiymət həddi tətbiq edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya artan yaşayış xərclərini minimallaşdırmaq üçün enerji qiymətlərinə yuxarı hədd tətbiq etmək qərarına gəlib.

Banco.az xəbər verir ki, Avstraliyanın baş naziri Entoni Albanese verdiyi bəyanatda ölkənin yaşayış xərclərini azaltmaq üçün öz istehsal etdikləri təbii qaz və kömürə qiymət həddi tətbiq edəcəklərini bildirib.

Nazirin sözlərinə görə, ölkənin öz təbii qazının vahidi üçün 12 Avstraliya dolları (8,14 ABŞ dolları) məbləğində maksimal qiymət, termal kömürün bir tonu üçün isə 125 Avstraliya dolları (84,8 dollar) maksimal qiymət tətbiq ediləcək.

Bundan əlavə, enerji istehsalçıları xərcləri ödəyə bilmədiyi təqdirdə istehsalçıların itkilərini hökumət ödəyəcək ki, bunun üçün də 1 milyard dollar büdcə ayrılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et