Avstraliya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb | Banco.az

Avstraliya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya Ehtiyat Bankı (mərkəzi bank) uçot dərəcəsini sabit saxlayıb.

Banco.az xəbər verir ki, Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini ötən 12 ilin ən yüksək səviyyəsində saxladıqdan sonra orta dərəcədə şahin mövqeyindən əl çəkib.

Avstraliya Ehtiyat Bankı (RBA) çərşənbə axşamı keçirilən iclasında ardıcıl üçüncü dəfə nağd pul dərəcəsini 4,35 faiz səviyyəsində saxlayıb.

Əvvəlki aylardan fərqli olaraq, İdarə Heyəti yenidən faiz artımı ehtimalına toxunmayaraq sərtləşdirmə dövrünün bitə biləcəyinə işarə edib.

Sözügedən qərardan sonra ölkənin rəsmi valyutası Sidneydə 65,32 ABŞ senti ilə iki həftənin ən aşağı səviyyəsinə qədər zəifləyib. Faiz qərarlarının təsir göstərdiyi üç illik dövlət istiqrazlarının də faizi 3,67 faizə düşüb. Avstraliya fond indeksi isə qazanclarını sessiyanın ən yüksək səviyyəsinə çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et