Müəllif: Tamara Mustafayeva, Banco.az
Avstraliya Mərkəzi Bankı gözlənilməz qərar verib.
Banco.az xəbər verir ki, ölkədə inflyasiya səviyyəsinin geriləməsinə baxmayaraq, Avstraliya Ehtiyat Bankı (RBA) analitiklərin proqnozlarının əksinə olaraq faiz dərəcəsini yenidən artırıb.
Belə ki, mərkəzi bank inflyasiyanın "hələ də çox yüksək olduğunu" əsas gətirərək nağd pul dərəcəsi hədəfini 25 bənd artırmaqla 3,85 faizə çatdırıb.
İqtisadçılar isə, əsasən, mərkəzi bankın uçot dərəcəsini 3,6 faiz səviyyəsində sabit saxlayacağını proqnozlaşdırmışdılar.
Bizi sosial şəbəkələrdən izləyin!!