Müəllif: Tamara Mustafayeva, Banco.az
Avstraliya Mərkəzi Bankı (RBA) proqnozlara uyğun olaraq faiz dərəcəsini dəyişməyib.
Banco.az xəbər verir ki, bank əsas faiz dərəcəsini 3,60 faiz səviyyəsində sabit saxlayıb.
RBA tərəfindən yayılan açıqlamada bildirilib ki, inflyasiya riskləri yuxarı istiqamətə doğru dəyişib və qiymət təzyiqlərinin davamlılığını qiymətləndirmək üçün bir qədər daha çox vaxt lazım olacaq. Bundan əlavə, ölkədaxili tələbin gözləniləndən daha güclü olduğu və bunun inflyasiya təzyiqlərinə töhfə verə biləcəyi qeyd edilib.
Bazarlar isə inflyasiya və istehlakçı tələbi ilə bağlı güclü göstəricilərdən sonra bu həftə faiz endirimi ehtimalını görməsələr də, gələn ilin sonrakı dövrlərində faiz artımı riskini qiymətləndirməyə başlayıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!
