Müəllif: Tamara Mustafayeva, Banco.az
Avstraliya Mərkəzi Bankı uçot dərəcəsini 25 faiz bəndi artırıb.
Banco.az xəbər verir ki, ilin ilk iclasında Avstraliya Ehtiyat Bankı proqnozlara uyğun olaraq nağd pul dərəcəsini 25 baza bəndi artırmaqla 2012-ci ilin sentyabrından bəri ən yüksək səviyyə olan 3,35%-ə qaldırıb.
Bu, hökumətin monetar sərtləşdirmə siyasətinə başladığı ötən ilin may ayından bəri sayca doqquzuncu faiz artımı qərarıdır.
Qeyd edək ki, sözügedən qərarın ardınca Avstraliya dolları 69,40 ABŞ senti olub.
Bizi sosial şəbəkələrdən izləyin!!