Avstraliya faiz dərəcələrini 11 ilin pik həddinə çatdırıb | Banco.az

Avstraliya faiz dərəcələrini 11 ilin pik həddinə çatdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya Ehtiyat Bankı (RBA) inflyasiya ilə mübarizə çərçivəsində uçot dərəcəsini 11 ilin ən yüksək səviyyəsinə qaldırıb.

Banco.az xəbər verir ki, Avstraliya Ehtiyat Bankı (RBA - mərkəzi bank) inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini ötən 11 ilin pik həddinə - 3,6 faizə qaldırıb.

Bank idarə heyətinin aylıq növbəti iclasından sonra nağd pul dərəcəsini 25 baza bəndi artıraraq 3,6 faizə çatdırıb ki, bu da 2012-ci ilin ortalarından bəri ən yüksək səviyyədir.

Qeyd edək ki, bu, ötən ilin may ayının əvvəllərində 0,1 faiz olan uçot dərəcəsinin artırıldığı ardıcıl 10-cu iclasdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et