Avstraliya Çinin nadir torpaq elementlərinə qarşı strateji ehtiyat yaradı | Banco.az

Avstraliya Çinin nadir torpaq elementlərinə qarşı strateji ehtiyat yaradı

Müəllif:Mehin Qasımova,Banco.az

Avstraliya müdafiə sənayesində istifadə olunan vacib minerallar və qabaqcıl texnologiyalar üzrə xarici asılılığı azaltmaq, eləcə də qlobal təchizat zəncirlərini gücləndirmək məqsədilə təxminən 802 milyon ABŞ dolları həcmində strateji ehtiyat proqramına start verir.

Banco.az xəbər verir ki, Maliyyə naziri Cim Çalmers, Enerji naziri Madlen Kinq və Ticarət naziri Don Farrell bazar ertəsi günü yaydıqları birgə bəyanatda bildiriblər ki, proqramın ilkin mərhələsində nadir torpaq elementləri, sürmə və qallium ehtiyatlarının yaradılması nəzərdə tutulur. Çindən kənarda nadir torpaq elementləri üzrə ən iri istehsalçılardan biri olan Avstraliya bu addımla Pekinin sektordakı dominant mövqeyini balanslaşdırmağı hədəfləyir.

Son illərdə artan geosiyasi və ticarət gərginliklərinin mərkəzində məhz vacib minerallar dayanır. Çinin bu sahədəki güclü mövqeyi, xüsusilə ABŞ Prezidenti Donald Trampın dövründə başlanan ticarət müharibələri zamanı daha qabarıq şəkildə ortaya çıxıb. Bu isə bir çox ölkəni daxili istehsalı artırmağa və strateji ehtiyat mexanizmləri yaratmağa sövq edib.