Tamara Mustafayeva, Banco.az
Avrozonada sənaye istehsalı avqustda iyul ayı ilə müqayisədə 1,5 faiz, 2021-ci ilin avqust ayı ilə müqayisədə 2,5 faiz artıb. Proqnozlar isə aylıq 0,7 faiz, illik 1,5 faiz idi.
Banco.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Statistika Bürosu (Avrostat) avqust ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozona üçün mövsümi amillərdən kənarlaşdırılmış sənaye istehsalı məlumatlarını açıqlayıb.
Buna müvafiq olaraq, 19 üzvlü Avrozonada sənaye istehsalı avqust ayında iyul ayına nisbətən 1,5 faiz, 2021-ci ilin avqust ayına görə isə 2,5 faiz artıb.
Avropa İttifaqında (Aİ) sənaye istehsalı avqust ayında əvvəlki aya nəzərən 1,1 faiz, ötən ilin eyni dövrünə nəzərən isə 3,5 faiz artım göstərib.
Aİ ölkələri arasında sənaye istehsalında ən yüksək aylıq artım 16,6 faiz ilə İrlandiyada qeydə alınıb ki, onu 5 faiz ilə Estoniya və 4,3 faiz ilə Danimarka izləyir. Ən çox azalma isə 7 faizlə İsveçdə, 6,1 faizlə Belçikada və 1,5 faizlə Hollandiyada qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!