Avrozonanın rüblük artımı regionu tənəzzüldən xilas edib | Banco.az

Avrozonanın rüblük artımı regionu tənəzzüldən xilas edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozona 0,1 faizlik artımla tənəzzüldən xilas olub.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozonanın 2023-cü ilin I rübü üzrə artım templəri ilə bağlı aparıcı məlumatları dərc edib.

Bu məlumatlara görə, 20 üzvlü Avrozonada mövsümi təsirlərdən kənarlaşdırılmış ÜDM göstəricisi I rübdə 0,1 faiz artıb. İqtisadçıların proqnozu isə artımın 0,2 faiz olacağı istiqamətində idi.

Bununla da, Avrozona regionda inflyasiyanın hələ də təhlükə olaraq qalmasına baxmayaraq, 2023-cü ilin əvvəlində böyüyərək tənəzzüldən yayınıb.

Qeyd edək ki, bu ay Fransa və İspaniyada istehlak qiymətləri sürətləndiyindən inflyasiya ilə bağlı mənfi xəbərlər mövcuddur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram