Avrozonanın istehsalçı qiymətləri cüzi artıb | Banco.az

Avrozonanın istehsalçı qiymətləri cüzi artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın oktyabr ayı istehsalçı qiymətləri indeksinə (İQİ) dair məlumatları açıqlayıb.

Banco.az xəbər verir ki, məlumatlara görə, Aİ-də İQİ oktyabr ayında əvvəlki ayla müqayisədə 0,1 faiz artıb, ötən ilin eyni ayına nisbətən isə 0,2 faiz azalıb.

Avrozonada İQİ oktyabr ayında əvvəlki aya görə 0,1 faiz yüksəlib, ötən ilin eyni dövrünə görə isə 0,5 faiz düşüb.

Bazar gözləntiləri Avrozonada İQİ-nin aylıq 0,1 faiz artacağı, illik isə 0,4 faiz azalacağı istiqamətində idi.

Aİ üzv ölkələri arasında İQİ oktyabr ayında aylıq baxımdan ən çox Bolqarıstanda 4,6 faiz, İrlandiyada 1,4 faiz və Estoniyada 1,3 faiz artıb. Aylıq ÜFE oktyabrda Slovakiyada 1 faiz, Polşada 0,5 faiz, İtaliyada isə 0,4 faiz azalıb.

İQİ oktyabr ayında illik əsasda Bolqarıstanda 17,6 faiz, Romaniyada 9,4 faiz, İsveçdə isə 4,9 faiz artıb. Lüksemburqda 5,6 faiz, İrlandiyada 3,6 faiz, Avstriyada isə 2,6 faiz azalma qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram