Avrozonanın istehsal sektorunda vəziyyət pisləşir | Banco.az

Avrozonanın istehsal sektorunda vəziyyət pisləşir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada istehsal sənayesinin daralması getdikcə dərinləşir.

Banco.az xəbər verir ki, Avrozonada istehsal tempi inflyasiyanın rekord həddə çatması və qlobal iqtisadiyyatın zəifləməsi səbəbindən tələbin azalması ilə pandemiyanın başladığı 2020-c ildən bəri ən aşağı səviyyəyə enib.

“S&P Global” tərəfindən açıqlanan məlumatlara görə, Avrozonada istehsal PMI indeksi ötən ay 46,4 səviyyəsinə geriləyib ki, sentyabr ayında bu göstərici 48,4 idi. İndeksin 50-dən aşağı olması sektorun daralmasını göstərir.

Qeyd edək ki, region ölkələrindən təkcə İrlandiyanın iqtisadiyyatında sözügedən dövrdə daralma qeydə alınmayıb. Ən çox iqtisadi geriləmənin qeydə alındığı ölkələr isə müvafiq olaraq İspaniya və Almaniyadır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et