Avrozonanın istehsal fəaliyyəti pandemiyadakı səviyyəyə düşüb | Banco.az

Avrozonanın istehsal fəaliyyəti pandemiyadakı səviyyəyə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada istehsal fəaliyyəti pandemiya səviyyəsinə qədər aşağı düşüb.

Banco.az xəbər verir ki, may ayı ərzində Avrozonanın xidmət sektorunda sürətli bərpa bir qədər ləngimiş, istehsal sektorunun mənzərəsi isə pisləşmişdir.

“S&P” Global məlumatlarına görə, region ölkələrində xidmətlər PMI indeksi may ayında 56,2 punktdan 55,9 punkta geriləsə də, indeskin 50 dən yuxarı qiymət alması hələ də sektorda artımın davam etdiyini əks etdirir.

Sözügedən dövrdə istehsal PMI isə 45,8-dən 44,6-ya düşüb. Beləliklə, Avrozona ölkələrinin istehsal fəaliyyəti 2020-ci ildə pandemiya zamanı fabriklərin bağlanmasından bəri müşahidə olunan ən aşağı səviyyəyə düşüb. Qeyd edək ki, indeksin 50-dən aşağı dəyər alması sektorda daralmanın olduğunu göstərir.

Ən sərfəli kredit üçün müraciət et

İstehsal sektorundakı bu azalma Almaniyanın istehsal sektorundakı problemlərin region iqtisadiyyatı üçün risk faktoru yaratdığını üzə çıxarır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et