Avrozonanın inflyasiya göstəriciləri açıqlanıb | Banco.az

Avrozonanın inflyasiya göstəriciləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada inflyasiya aprel ayında illik 2,4 faiz təşkil edib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozonanın aprel ayı üzrə aparıcı inflyasiya məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Avrozonada mart ayında 2,4 faiz olan illik inflyasiya aprel ayında da eyni səviyyədə qalıb. Bazar proqnozları da məhz bu istiqamətdə idi.

CPI aprel ayında aylıq əsasda isə 0,6 faiz artıb.

İnflyasiyanın əsas komponentlərinə nəzər salsaq, ən yüksək illik qiymət artımının 3,7 faiz ilə xidmətlər sektorunda olduğunu görə bilərik. Xidmət sektorunu 2,8 faizlə qida, alkoqol və tütün məmulatları, 0,9 faizlə qeyri-enerji sənayesi məhsulları izləyib. 

Ən sərfəli kredit üçün müraciət et

Enerji məhsullarının qiymətləri isə 0,6 faiz ucuzlaşıb.

Avrozonada baza inflyasiyası aprel ayında illik 2,7 faiz, aylıq isə 0,7 faiz səviyyəsində ölçülüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram