Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) “Avropa Komissiyası” dekabr ayı üzrə işgüzar və istehlakçı sorğularının nəticələrini açıqlayıb.
Banco.az xəbər verir ki, buna əsasən, Aİ-də iqtisadi etimad indeksi dekabr ayında aylıq müqayisədə 0,1 bənd azalaraq 96,8 punkt təşkil edib. Avrozonada isə indeks eyni dövrdə 0,4 bənd geriləyərək 96,7 punkta düşüb.
Bazar gözləntiləri Avrozonada indeksin 97 punkt səviyyəsində olacağı istiqamətində idi. Göstəricinin gözləntilərdən aşağı olması diqqət çəkib.
İndeksin tərkibində sənaye sektoruna etimad artdığı halda, xidmətlər və tikinti sektorlarına etimad sabit qalıb, pərakəndə ticarət sektoruna etimad isə azalıb.
Avrozona üzrə İstehlakçı Etimadı İndeksi dekabr ayında 0,3 bənd azalaraq mənfi 13,1 səviyyəsinə enib. Aİ-də isə noyabr ayında mənfi 12,4 səviyyəsində olan indeks dekabrda mənfi 12,5 olaraq ölçülüb.
Bizi sosial şəbəkələrdən izləyin!!
