Müəllif - Aida İsaq, Banco.az
Polşa inflyasiya səviyyəsinə görə Avropa İttifaqında lider olub.
Banco.az xəbər verir ki, məlumata görə, mal və xidmətlərin qiymətləri 11,5% artıb ki, bu isə avrozona üçün rekord göstərici olub. Polşanı qiymətlərin 11,3% artdığı Slovakiya yaxından izləyir. Eyni zamanda, əvvəllər qiymət artımında lider olan Baltikyanı ölkələr bu siyahını tərk edə bilib. Məsələn, Latviyada inflyasiya 4,2 faiz bəndi azalaraq 8,1 faiz, Litvada isə 2,5 faiz bəndi azalaraq 8,2 faiz təşkil edib.
Məlumata görə, bütün avrozonada illik qiymətlər orta hesabla 5,5% artıb. May ayında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artıb