Avrozonanın artım göstəriciləri yenilənib | Banco.az

Avrozonanın artım göstəriciləri yenilənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozona iqtisadiyyatı I rübdə 0,1 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Avropa Statistika Komitəsi (Avrostat) 2023-cü ilin ilk rübündə Avropa İttifaqı (Aİ) və Avrozonanın artım templəri ilə bağlı aparıcı məlumatları yeniləyib.

Yenilənmiş göstəricilərə əsasən, 19 üzvdən ibarət Avrozonada mövsümi təsirlərdən kənarlaşdırılmış Ümumi Daxili Məhsul (ÜDM) 2023-cü ilin I rübündə əvvəlki rübə nəzərən 0,1 faiz artıb.

Sözügedən dövrdə region ölkələrində ÜDM  əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 1,3 faiz artıb.

İqtisadçılar Avrozona iqtisadiyyatının rüblük 0,1 faiz, illik 1,3 faiz artmasını gözləyirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ilin ilk rübündə ötən ilin son rübünə nəzərən Litvada ÜDM nisbəti 3 faiz, İrlandiyada 2,7 faiz, Hollandiyada 0,7 faiz, Avstriyada isə 0,3 faiz azalıb. Almaniyada sabit qalan göstərici Fransada 0,2 faiz, İtaliya və İspaniyada isə 0,5 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et