Müəllif: Tamara Mustafayeva, Banco.az
“BNP Paribas”ın mənfəəti də proqnozları üstələyib.
Banco.az xəbər verir ki, Fransanın “BNP Paribas” maliyyə təşkilatı investisiya bankirlərinin ticarət fəaliyyətindəki artımın təsiri ilə dördüncü rübdə xalis mənfəətdə proqnozları üstələyən bir sıçrayış bildirib.
Bununla belə, kredit təşkilatı 2025-ci il üçün mənfəət hədəfini aşağı salıb və xərclərinin daha da azaldacağını açıqlayıb.
Avrozonanın aktivlər baxımından ən böyük bankı olan “BNP Paribas” dekabr ayında başa çatan üç aylıq dövr üçün qrupun xalis gəlirinin 15,7% artaraq 2,32 milyard avroya yüksəldiyini və analitiklərin orta hesabla 2,24 milyard avro olan proqnozunu üstələdiyini bildirib.
Hesabat dövründə gəlir 10,8% artaraq 12,1 milyard avroya çatıb və bu da analitiklərin orta hesabla 11,6 milyard avro olan proqnozundan yüksəkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!