Avrozonadan böhran xəbərlərinin avronun ucuzlaşmasına təsir etməsi və FED-in faiz azaldılması ehtimallarının qızılı bahalaşdırması diqqət mərkəzindədir.
Beynəlxalq valyuta birjalarında Avrozona, xüsusilə də Almaniya iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin mənfi açıqlanması, EUR/USD məzənnəsinin 0.5% ucuzlaşmasına səbəb olub.
Məzənnə 1.10$-ın altında qaldıqca 1.09$-a kimi də ucuzlaşa bilər. GBP/USD məzənnəsində də 1.23$-a kimi ucuzlaşma proqnozlaşdırılır.
ABŞ-dan istehlak aktivliyi ilə bağlı göstərici dərc ediləcəkdir.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da Amerikanın istehlak güvəninə dair önəmli statistik göstərici açıqlanacaqdır. Göstəricinin yaxşı və ya pis dərc edilməsindən asılı olaraq, Amerika Mərkəzi Bankının faiz azaldılması üzrə ehtimallar da müvafiq surətdə təsir görəcəkdir.
FED-in faiz azaldılmasına gedə biləcəyi ehtimalları və qızıl
FED-in faiz azaldılması ehtimalları birjalarda dolların qiymətinə təsir etməklə yanaşı, əlvan metallar bazarlarında da ticarət aktivliyinə səbəb olur.
Qızılın bir unsiya üzrə qiyməti artıq 1522$ ilə son iki həftənin maksimumunu yeniləyib və 1546$-a kimi də dəyər qazana bilər.
InvestAz