Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada tikinti istehsalı iyunda əvvəlki ayla müqayisədə 0,8 faiz azalıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın iyun ayına dair mövsümi amillərdən təmizlənmiş tikinti istehsalı göstəricilərini açıqlayıb.
Məlumatlara görə, Avrozonada tikinti istehsalı iyun ayında əvvəlki ayla müqayisədə 0,8% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,7% artıb.
Aİ-də də tikinti istehsalı iyunda əvvəlki aya nisbətən 0,5% azalıb, lakin ötən ilin eyni dövrünə görə 1,9% artım göstərib.
Aİ ölkələri arasında iyunda tikinti istehsalında əvvəlki aya nisbətən ən çox artım Slovakiyada 5,3%, Rumıniyada 4,5% və Polşada 3,2% qeydə alınıb. Ən böyük azalma isə İspaniyada 5,6%, Macarıstanda 5,3% və Sloveniyada 3,7% olub.
İllik müqayisədə isə tikinti istehsalı İspaniyada 31,4%, Çexiyada 14%, Slovakiyada 9,8% artıb. Əksinə, Fransada 5,1%, Avstriyada 5%, Almaniyada isə 2,5% azalma müşahidə edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!